Thursday, September 12, 2013

Səsində boğuluram

Bir səs deyir ki "sevir",
Bilirəm, deyir yalan..
Bildikcə yox oluram..

Üzünü unutsam da
Yadımda az çox qalan
Səsində boğuluram..

Bir alov var içimdə,
Səssiz alışıb yanan..
Sənsiz alışıb yanan..

Yandıqca, tükəndikcə
Tökülən küllərimdən
Yenidən doğuluram..

No comments:

Post a Comment