Thursday, September 12, 2013

Təsəlli

İnsanın özünə təsəlli verməyə məcbur qaldığı anlar yaşamın ən acı anlarıdır bəlkə də. Yanında təsəlli vermək üçün bir kimsən belə yoxdur, necə də yalnızsan! Gözləyərsən, biri gələcək, əlini çiyninə qoyacaq və “hər şey yaxşı olacaq” deyəcək. Gözləyərsən, amma gəlməz heç kimsə. Heç kimin yoxdur çünki. Və artıq çarəni özün özündə axtararsan. Məcbursan. Özünə təskinlik verməyə başlayarsan. İnsan özünə yalan deməz axı, özünü necə aldada bilər ki? Və bunu düşünərək özümüz özümüzə yalan deməyə başlayırıq. Hər təsəlli ilə yalanların sırası daha da genişlənir, hər təsəllidə bir az da inanmağa başlayırıq öz uydurduğumuz şirin yalanlara. Və bir gün başımızı qaldırırıq və görürük ki, bir qucaq dolusu yalan var əlimizdə, başqa heç nə.

No comments:

Post a Comment