Thursday, September 12, 2013

Unudulmusan


Bu gün səni gördüm.
Bilmədim sənin sən olduğunu.
Utandım,
Tanımadığım bir tanışın üzünə baxmaqdan utandım,
Salamımı almaz deyə.
"Məni heç xatırlamaz" deyə-deyə
Keçirdim günləri..
Adın düşəndə xatirimə
"Boş ver" deyib keçirdim xəyalların üstündən..
Ayaqyalın..
Şüşə yollar qanadırdı qəlbimi..
Can alırdı qulağıma fısıldayan səsin.
Canlanırdı səsin xəyalımda.
Yaddan çıxıb xəyalın da.
Üzünü görmürəm,
Ruhunu görmürəm,
Səni görmürəm..
Önümdə durmusan..
Deyəsən sən...
Unudulmusan..

No comments:

Post a Comment