Thursday, September 12, 2013

Gedirəm, ana.

Gedirəm, ana. Hara gedəcəyimi bilmirəm.. Sadəcə getmək istəyirəm, səbəbini soruşma. Sənə necə deyim axı bütün bunları, içimdə yaşadığm fırtınaları sənə necə danışım axı? Dərdlərimi sənə necə deyim axı? İncimişəm axı mən bu şəhərdən.. Küsmüşəm axı.. Heç kim anlamaz məni, heç kim bilməz boğulduğum dənizləri.. Sən də bilməzsən, ana.. Gözlərimdən də oxunmaz ürəyimdə olan sətirlər. Hər yer xatirələrlə doludu bu axmaq şəhərdə, hər şey bir kəsləri xatırladır.. Canım yanır ana, bilmirsən ürəyimin ağrısını, bilmirsən, bilməyəcəksən heç vaxt, deməyəcəm, ana! Ağlama ana, qayıdacağam bir gün, gələcəyəm, inan mənə..

No comments:

Post a Comment