Thursday, September 12, 2013

Peşmanlıq

Gözləməyi bacarmayan bir vəfasız, sınmış bir ürək, qırılmış inam, gerçəkləşməyən xəyallar, anlamsız ümidlər, ya da ümidsizlik. Və bütün bunlar artıq o qədər əhəmiyyətsizdir ki, geriyə qalan sadəcə peşmanlıqdır. Yanlış insan uğrunda itirilmiş vaxt.. İnsanın qəlbini bundan artıq heç nə narahat etməz zənnimcə.. Peşmanlıq. Yandırar insanın ruhunu, bədənin salamat qalar. Bədəninin də yanmasını istərsən, utanarsan etdiklərindən, axmaqlıqlarından utanarsan, bitirmək istərsən can acıtmaqdan başqa bir işə yaramayan anlamsız həyatı, öldürməyə də qorxarsan özünü. Cəsarətin çatmaz, ikinci dəfə peşman olmaqdan qorxarsan və bilərsən ki geri dönüşü olmayacaq bu peşmanlığın.. Beləcə acılarla yaşayarsan bütün ömrünü. Səbəb isə o qədər ucuzdur ki, xoşbəxtliyini satdığın qiymətə baxıb utanarsan bu dəfə də.. Utancın da keçər zamanla, peşmalığın da keçər. Üzsüzləşərsən, insanlara düşmənmiş kimi baxarsan.. Amma nə edirsən et xoşbəxtliyin geri qayıtmaz..

No comments:

Post a Comment