Thursday, September 12, 2013

Kaş..


Kaş bir sən olardın, bir də əllərin,
Qəlbimin tozunu təmizləyərdin..
Bu ürəyi tərk edib gedənlərin
Yerinə də məni əzizləyərdin..

Kaş bir sən olardın, olardı dərdin,
Dərdini bölərdim, qoy mənə qalsın..
Dərdin qutarmamış çıxıb gedərdin
Bir də görüşməyə bəhanə qalsın..

Kaş bir sən olardın, gülüşün və sən,
Külək saçlarınla rəqs eləyərdi..
O külək deyildi, mən idim əsən,
Səninçün əsməyə məncə dəyərdi..

Kaş bir sən olardın, melodiyalar
Ruhunu bədəndən çıxarardı kaş..
Xəyalımda olan kimsəsiz qatar
Bizi uzaqlara aparardı kaş..

No comments:

Post a Comment