Thursday, September 12, 2013

Təsəlli


Bilirsən, əslində bizə çox yalanlar deyiblər. Əslində hər şey çox daha fərqlidi, hər şey düşündüyündən daha gözəldi, həyat göründüyü kimi çirkin də deyil, əslində pis insan da yoxdu.. Hamı yaxşıdı, dünya yaxşıdı..
Əslində qaranlıq yoxdu, biz işığı görmürük sadəcə, əslində aclıq yoxdu, bəziləri daha toxdu sadəcə.. 
Nifrət də yoxdu.. Sevginin təhrif olunmuş formasına nifrət demişik öz aləmimizdə.. Sevgi var, sadiqlik var, hörmət var. Xəyanət də yoxdu, qəlbin genişliyi xəyanət adlandırlıb. Qarşılıqsız sevgi heç yoxdu.. Əslində bütün sevgilər qarşılıqlıdı, problem etiraf etməkdədi sadəcə..
Düşmən də yoxdu heç.. Hər kəslə dost olmaq olar.. Hər kəs yaxşıdı axı, hamının niyyəti xeyirxahdı əslində..
Göz yaşı nədi? Xoşbəxtliyin üzdəki effekti.. Dərddən ağlayan var? Biz səhv bilirik, əslində hamı sevincdən ağlayır..Qəddarlıq da yoxdu, pislik də.. Hamısı kimsə yaxşılıq etmək istəyərkən bilmədən etdiyi yanlışlardı, biz ona pislik demişik..Yalan da yoxdu, hər insan özünə görə haqlıdı.. Ən böyük yalan kimi görünənlərdə də həqiqət var əslində.. Biz onu görmürük..
Hamı gülür.. Amma bəzilərinin gülüşünə kədər demişik..
Amma hamı pessimistdi.. Və bu qədər pessimistin arasında mənim düşüncələrim sadəcə söz yığınıdır..

No comments:

Post a Comment