Thursday, September 12, 2013

Dostluq

Bəli, əgər bir insanın çiyninə rahatca başınızı söykəyə bilirsinizsə o insan əsl dostdur. Fikrimlə razı olmaz çox insan bəlkə də. Amma bu belədir. Hər insanın ən çətin anda başını söykəyəcək bir çiyinə ehtiyacı olur. Elə bir çiyinə ki, onun sahibi sizin çiyninə etdiyiniz ağırlıqdan narahat olmasın. Sırf siz yuxuya getmisiniz deyə, sırf siz oyanmayasınız, narahat olmayasınız deyə özünü hərəkətsiz saxlasın. Öz rahatlığını deyil, sizin rahatlığınızı düşünsün. Bəli, dostluq çiyin üstə qurulur. Görmüsünüzmü heç, yaxın dostlar çox istədiklərindən bir-birinin çiyninə yumruq vurur, incitməyəcək şəkildə. Və ya görmüsünüz mü, yaxın dostlar sözlə təsəlli vermirlər, sadəcə əllərini sakitcə dostun çiyninə qoyurlar, çox xəfif şəkildə silkələyirlər dostu. Bu bilirsiniz nə deməkdir? “Qorxma! Yanındayam!” deməkdir. Və bəlkə eşitmisiz, “çiyin-çiyinə” döyüşmək sözünü, izaha ehtiyac yoxdur zənnimcə. Bəli, dostluq çiyinlər üzərində qurulur. Və dostlar - əsl dostlar - dünyanı çiyinləri üzərində saxlaya bilərlər. Yetər ki, yan-yana, çiyin-çiyinə dayansınlar.

No comments:

Post a Comment