Thursday, September 12, 2013

Dəli

Qaranlıq küçədə yeriyərkən öz-özünə nələrsə danışır, arada səsini yüksəldir, bəzən isə çox aşağı bir səs tonu ilə özünü ifadə etməyə çalışırdı. Bəzən söz arası fasilə verir, kinayəli şəkildə gülür, sonra isə qaldığı yerdən “söhbət”ə davam edir. Özünü teatr səhnəsində olan professional aktyorlar kimi aparan bu gənci başqa birisi belə görsə dəli zənn edərdi. Bəlkə yaxınlaşıb probleminin nə olduğunusoruşardı o kimsə, bəlkə də yoluna davam edərdi səssizcə. Yanında olan başqa bir kimsəyə “deyəsən dəlidir” tipli bir söz deyib, özünü bu gənc üçün kədərlənirmiş kimi də göstərə bilərdi. Amma o kimsə indi burda deyil, o təkdir, təkliyindən son dərəcədə yaxşı istifadə edir – özü ilə söhbət edir. Ən çox özü ilə danışdığını iddia edən və buna görə dəli adlandırıldığını deyən Bob Marleydən fərqli olaraq o bu etdiyini heç vaxt heç kimlə bölüşmək niyyətində deyil. Heç kim dediyimə baxmayın, özü ilə yenə danışacaq, söhbət edəcək və bu özü ilə arasında qalan sirri də hər dəfəsində özünə deyəcək.

No comments:

Post a Comment