Thursday, September 12, 2013

Tələ

Biri gəlir həyatına, inanırsan, həmişə səninlə olacaq deyə düşünürsən.. Sonra isə ən gözləmədiyin anda çıxıb gedir, heç nə yaşanmamış kimi.. Və sənin acı dolu günlərin başlanır.. Yuxusuz gecələr başlanır.. Hər kəs, hər şey sənə onu xatırladır. Və bir gün elə biri çıxır ki qarşına bütün yaşananları, yaşadıqlarını, çəkdiyin acıları unudursan.. Unudursan! Düşdüyün “tələ”ni unudursan! Güvəndiyin insanın səni yarı yolda qoymuş olduğunu unudursan! Bir daha sevirsən, bir daha güvənirsən.. Bir daha düşürsən eyni tələyə.. Və hər şey başdan başlanır..

No comments:

Post a Comment