Thursday, September 12, 2013

Qaranlıq

Qaranlıqdı.. Sakitlik.. Sadəcə mən və xəyallarım var otaqda.. Yağış ola bilməz üzümdən axan damcılar.. Bu göz yaşlarıdı. Səbəbsiz.. Amma utanmıram ağlamaqdan da. Kim görəcək ki? Heç kim.. Lap görsələr nə olacaq güya? "Ağlayırsan?" deyəcəylər, mən də "yox, üzümə külək vurub" deyəcəyəm və söhbət elə orda da bağlanacaq.. Yenə də yalan deyəcəm.. Həmişəki kimi.. Biri də deməyəcəy ki axı bu qaranlıq otaqda külək hardan idi? Nəysə..Bir səs gəlir, sanki kimsə zərif şüşə parçalarını yerə atır və onlar qırılırlar. Otaqda məndən başqa kim var axı? Heç kim.. Bəs onda nədi bu səs? Hər nədisə, dayandı daha, indi sakitçilikdi. Deyəsən xəyallarım idi qırılan, bəlkə də mənə elə gəldi. Axı qaranlıqdı, görmürəm.. Görsəm də heç nə dəyişməyəcəy onsuz.. Çünki buna qədər olan xəyallarım gözümün önündə qırılmışdı və mən heç nə edə bilməmişdim.Bəs mübarizə? Narahat olmuyun, sizə yox, özümə verirəm sualı.. Niyə belə tez təslim olmuşam mən? Niyə özümü qaranlığa məhkum eləmişəm ki? Mübarizə aparmaq lazım idi sadəcə, olmayacağını bilsəm də mübarizə aparmalıydım.. Amma gecdi.. Peşman da deyiləm..Hələ də səssizlikdi.. Amma indi başqaları da var otaqda - dostlarım.. Qolumdan yapışıb məni işıqlığa çıxartmaq istəyirlər.. Ya ürəkdən edirlər ya da bunu özlərinə borc bilirlər.. İşıqlığa çıxsam nəsə dəyişər görəsən? İnanmıram, inansam da çıxmazdım, qaranlıq yaxşıdı.. Hamıdan. hər şeydən uzaq..Və sən, bunu oxuyan, sadəcə üzümü görə bilərsən, ruhumu yox.. Və sən, laqeyd ol! "Like" et və get, hə hə, like! Sənin "like"n çıxaracaq məni qaranlıqdan, düz fikirləşirsən.. Və mən, bunu yazan, mən xoşbəxtəm. Öz qaranlığımda.. Qırılmış xəyallarım, gizlətdiyim ümidlərim, mənimçün nəsə etməyə çalışan dostlarım, bayaq dediyim "yağış" və MƏN. Bir yerdə xoşbəxt ola bilirik.. 

No comments:

Post a Comment