Thursday, September 12, 2013

Gəlmə


Gərək sənə "gəlmə!" deyim,
Sən gəlirsən, gedir bahar..
Sənə deyə bilmədiyim
Yarım qalan 
Cümlələr var..
Hər cümlədə bir az həsrət,
Hər həsrətdə tamamlanan
Qırıq-qırıq kəlmələr var..
Bir də səndən gizli qalan
Yarı doğru, yarı yalan,
Baxışımdan duymadığın
Sakit səssiz "gəlmə!"lər var..

No comments:

Post a Comment