Thursday, September 12, 2013

Yuxu

Yuxu bir qaçışdır, reallıqdan qaçış.. Reallıq acıdır axı hər zaman, yuxular hər zaman daha gözəldir, yuxularda xoşbəxtik, ən azından həqiqətlə müqayisədə.. Yatmaq,   ən sadə qaçış.. Və heç kim bilmir qaçdığını, ‘yatıram’ deyərsən, yatdığını anlarlar, qaçdığını yox.. Ölüm kimdir yuxu, hər şeydən xəbərsiz, qayğılar yox, məsuliyyət yox, acılar yox.. Yuxuya getməklə oyanmaq arasında olan zaman dilimini xatırlayan varmı ki aramızda? Yoxdur, əlbəttə.. Əgər eləysə ölümdən niyə qorxuruq? Qorxmalı bir şey deyilmiş ölüm.. Xəyallarımız yuxularda məhkum qalacaqsa hər zaman və yuxu da kiçik ölümdürsə, ölmək gözəldir..

No comments:

Post a Comment