Thursday, September 12, 2013

Möcüzə

Möcüzələr ən çətin anlarda köməyimizə çatır. Əslində bu hadisələr möcüzə deyil. Bizim möcüzə dediyimiz hadisələr kənardan heç də qeyri-adi görünmür, sadəcə biz hədsiz dərəcədə ümidsizliyə qapılırıq və kiçik bir ümid işığı bizə möcüzə kimi görünür. Bəzən də çarəsizliyimiz və ən əsası da çarəsiz olduğumuzu anlamağımız möcüzələrin baş verməsi üçün sanki bir növ stimul olur. Çarələrin tükəndiyi anda problemimizin həllinə aidiyyatı olmayan hərəkətlər etməyə başlayırıq ki bu hərəkətlərin bəziləri çıxış yolunu tapmağımıza kömək edir. Amma nə olursa olsun möcüzələri həyatın hər anında gözləmək lazımdır, ən ümidsiz anda belə.. 

No comments:

Post a Comment