Thursday, September 12, 2013

Cəsarət

Cəsarət etmək çox çətindir. İnsanlar bacarmırlar bunu. Xüsusən də birinə qarşı nə isə xüsusi bir hiss yaşadıqları zaman. Ürəkdə olan hisslər mane olur dodaqların tərpənməsinə. Demək istədiklərin düyünlənir qalır boğazında. Bəlkə də sadəcə qismət məsələsidir. Doğru zaman gəldiyində özümüzdən asılı olmadan deyərik. Uzun zaman ərzində dolmaqda olan nəhəng yağış buludu kimi. Birdən, gözlənilmədən partlayış baş verər. Bəlkə elə qəlbimizdə də bu partlayış olur və artıq cəsarətsizliyimiz əngəl olmur qarşımızda. Və bu zaman istəklərimiz qorxularımıza qalib gəlir. Anlayırıq ki, istəyimizə nail olmaq üçün qorxularımıza, həyəcanımıza qalib gəlməliyik. Bir şeyi həqiqətən istədikdə isə bunu bacarırıq. Bəli, insan iradəlidir. Yaradan bizə bəxş edib bu bacarığı. Cəsarət də verilib bizə. Əslində biz bütün bacarıqlara sahibik. Əslində bizim olmayan hər bir şeyi əldə etmək bir baxımdan öz əlimizdədir. Sadəcə inanmalı və öz bacarıqlarımızdan xəbərdar olmalıyıq. Bəlkə də sadəcə təsəllidir bütün bu dediklərim. Həyat bu dediklərimi sübut edə bilərmi? Bilməz. Elə isə təsəllidir.

No comments:

Post a Comment