Thursday, September 12, 2013

Ey, Sən!

Ey, SƏN... Günəşin parıltısı qədər gözlərimi qamaşdıran varlıq... Günəşə bənzəyən, amma axşam soyuğu kimi bütün bədənimə üşütmə salan SƏN... Səni tanıdığım andan nə titrəyən əllərimə, nə də dolmuş gözlərimə sahib deyiləm. Bu bir yana mən həm də sənin əllərinə və gözlərinə sahib deyiləm... Amma sən... Sən mənim əllərimə də gözlərimə də söz keçirdə bilərsən axı... Bəs onda niyə saxlamırsan soyuqdan ...əllərimə düşən əsməcəni? Niyə saxlamırsan Günəşin parıltısından qamaşan, dolan gözlərimdən axan yaşı?Alovun içinə düşmüş bir quru buz parçası kimi get-gedə əriyən ürəyim xilas gözləyir. Bir cəsarət lazımdı əl atıb ürəyimi o alovun içindən çıxarmağa... Yanmaqdan qorxma, axı sən günəşdən bir parçasan, alov səni yandırmaz... Amma sənin cəsarətin yoxdu və ürəyim hər keçən saniyədə biraz da əriyir... Sən isə qorxursan... Gözlərinin önündə qəlbimin yoxa çıxmağına sadəcə şahidlik edirsən...Yoxluğunda gözlərimdən xəbərin var? Yağışlar göz yaşlarımın yanında yalançı görsənir... Axan hər damlada sən varsan, SƏN! Hər damlada biraz da düşürsən gözümdən... Axıtdığım hər göz yaşında biraz da, biraz da, biraz da...

No comments:

Post a Comment