Sunday, August 9, 2026

İstəmirəm

Soyuğundan doymuşam,

Şeh düşüb yanağıma,

Öz əlimlə qoymuşam

Səni göz qapağıma,

Oyanmaq istəmirəm.


​Gözlərim şəfəq saçır,

Nur var ayparasında,

Dilin sirrini açır:

«Günlə ay arasında

Dayanmaq istəmirəm.»


​Keçici həvəs imiş,

Heyif itirdiklərim!

Qızıldan qəfəs imiş

Səninçün kirpiklərim.

İnanmaq istəmirəm...

No comments:

Post a Comment