Sunday, August 2, 2026

Bilmədim

Suyum elə qurudu ki

Torpağa hopa bilmədim.

Mənim yerim haradı ki?

Axtardım, tapa bilmədim.


​Çörək tapmağa çalışdım,

Bir ovuc unla qarışdım,

Təndirdə özüm alışdım,

Kömbəmi yapa bilmədim.


​Pay düşmədi gözəlindən

Yolum daşdı əzəlindən,

Yorğa atların belindən

Yıxıldım, çapa bilmədim.


​Dostlarımdan ayrı düşdüm,

Düşmənimlə dərd bölüşdüm,

Mən ki əliboş döyüşdüm,

Tutdular topa, bilmədim.


​Ürəyim də yarıtmadı,

Yoruldu, gücü çatmadı,

Ha lay-lay dedim yatmadı

Heç ipə-sapa, bilmədim.

No comments:

Post a Comment