vay mənim başı qarlı
uca-uca dağlarım!
vay mənim yaşıl otlu
çiçəkli yamaclarım!
bir söyüd çubuğunun
üstündə durub hamısı.
əyilir asta-asta,
qırılacaq nə vaxtsa.
bağlarım talan olub
sel altında qalacaq,
bol nübar meyvələrim
töküləcək gedəcək.
bu qədər illər boyu
ilmək-ilmək toxuyub
kərpic-kərpic hördüyüm
var-dövlətim yerlərə
saçılacaq beləcə.
mənim də astar üzüm
açılacaq beləcə.
No comments:
Post a Comment