Tuesday, October 27, 2026

Yarımçıq şeirlər

Yer üzünü qucaqlayan üfüq var,

Quşlar uçur buludların qoynuna,

Günəş düşür təpələrin üstünə,

Sahil örtür ləpələri üstünə. 


______________________________________

Başına ağ duvaq keçirib bu gün

Dalğa-dalğa gəlin köçür dul dəniz,

Balıqları qalır yetim, kimsəsiz. 


______________________________________

Yuxudan doymadım, gözlərim acdı,

Hər yuxu yarımçıq ömürə döndü.

Yuvası təndirdi, qapağı sacdı,

Alışdı bəbəyi kömürə döndü. 


______________________________________

Ötdüyüm yollarda əzib keçdiyim

Çiçəklər edir mi qarğış adıma? 

Əyilib gözündən sular içdiyim

Bulaqlar nə tez-tez düşür yadıma. 


______________________________________


No comments:

Post a Comment