Şeirlərim ölüdür, əllərim yas içində...
İlləri saymıram,
Elə bilirəm dayanıb
Məni gözləyir zaman.
Elə bilirəm
Eyni gündü
Hamı təkrar oyanıb.
Elə bilirəm eyni ildi
Fəsillər təkrarlanır,
Elə bilirəm gözləməkdən
Ürəyi sıxılır dünyanın -
Fırlanır.
No comments:
Post a Comment