bu qız kimdi göy üzünə bənzəyir?
yanağında buludlar parçalanır..
saçlarının küləyi kirpiklərimə dəyir,
gözlərimdə fırlanır
yel dəyirmanı..
elə bil yaddaşım sıfırlanır,
"yaxın gəl, məni tanı,
sonra əgər unutsam öz adımı,
mənə xatırladarsan.."
nə deyirəm mən belə?
günəş vurub deyəsən,
"ey,
bəs yıxılsam tutarsan?"
"şşş, zarafat elədim
bəsdi yağış çilədin qəzəbdən sifətimə"
min-min eyiblər olsun mənim mərifətimə,
hər şeyi də korladım..
nə isə,
əsas odu,
yanağından bir bulud oğurladım
quraq zamanı üçün..
əlbəttə ki, bir nəfəslik də külək,
yel dəyirmanı üçün..
Tuesday, May 26, 2015
Tuesday, May 19, 2015
Sənmisən?
sən, qadın,
sənmisən əllərimi əllərinə həbs eləyən?
sən, qadın,
sənmisən gözlərimi yuman kimi
ürəyini kirpiklərimdə yelləyən?
sənmisən bu, duman kimi
gözlərim önünə çökən?
məni dərd içindən,
acı içindən
bircə kəlmə sözü ilə tutub çəkən
sənmisən?
gül üzündən ovucuma gül tökülən,
gözlərimə baxıb gülən,
pəri nağılı kimi
yuxumu yarı bölən
sənmisən?
saçlarında incə-incə gəzinən
barmaqlarımdır mənim..
düzünü de,
neçə zamandır mənim
qollarımda rəqs eləyən
sənmisən?
sənmisən əllərimi əllərinə həbs eləyən?
sən, qadın,
sənmisən gözlərimi yuman kimi
ürəyini kirpiklərimdə yelləyən?
sənmisən bu, duman kimi
gözlərim önünə çökən?
məni dərd içindən,
acı içindən
bircə kəlmə sözü ilə tutub çəkən
sənmisən?
gül üzündən ovucuma gül tökülən,
gözlərimə baxıb gülən,
pəri nağılı kimi
yuxumu yarı bölən
sənmisən?
saçlarında incə-incə gəzinən
barmaqlarımdır mənim..
düzünü de,
neçə zamandır mənim
qollarımda rəqs eləyən
sənmisən?
Friday, April 3, 2015
Bahar
baharın müjdəsini o vermişdi. əlləriylə qar dənələrini əridib çaylar axıtmışdı qəlbimin dərinlərinə. hüzünlü bülbüllər geri gəlmişdi yaşıl bağçalarına, qanadlarında sevgi nəğmələri. gülümsəmişdi incə-incə, təbəssümündən qopan ulduz parçalarını ovcuma yığmışdım, qaranlıq otağımın tavanında parlaq səma yaratmışdım ulduzları asaraq. hər ulduz öz anlam yüküylə sallanırdı tavandan, hər ulduz səma həsrətiylə çırpınırdı pəncərəmə doğru. çatlaq pəncərədən yorğun gecəyə doğru qaçmaq, qaranlıqla qovuşmaq, bir ulduz nə istərdi ki başqa? ulduz istərdi də, ay uzatmazmıydı əllərini ona doğru? o gəlmək istərdi də uzatmazmıydım əllərimi? sərməzmiydim baharın ən gözəl çiçəklərini ayaqlarının altına? istərdi.. sərərdim, gülümsərdi, gözləriylə işıq saçardı üzümə, kirpiklərimin yanağıma düşən kölgəsindən tutub nur olardı gözlərimə.. gözlərimdən keçib qəlbimə axıtdığı sevgi çaylarına qarışardı, qəlbimə dolardı, "mən baharın müjdəsiyəm" deyərdi.. gəldi, dedi. baharın müjdəsini o verdi.. o ki dörd fəslin müjdəsidi.. o ki təbiətin qəlbimə bəxşişidi, körpə fidan budaqlarında islanan tumurcuqların, köhnə evlərin navalçalarından sallanan sırsıraların, yağışlı ormanların, quru çöllərin, qızmar qumsalların, güllərlə bəzənmiş yamacların bəxşişi.. o ki müjdəsidi sevginin, o ki sahibidi qəlbimin..
Tuesday, March 31, 2015
Yuxu
gördüyüm yuxu sənsən,
və daldığım hər xəyal
səni gətirir mənə,
necə ki yadımdasan,
elə də yanımda qal..
qəlbimi əlinə al,
onu saxla, əzizlə
sevgiylə dolanacan..
saçını çiyninə sal,
toxunsun əllərimə
yuxudan duranacan..
saçlarının ucları
qollarıma batanda
yuxudan oyanacam.
ovucunun istisi
ürəyimə çatanda
yenidən yaranacam..
və daldığım hər xəyal
səni gətirir mənə,
necə ki yadımdasan,
elə də yanımda qal..
qəlbimi əlinə al,
onu saxla, əzizlə
sevgiylə dolanacan..
saçını çiyninə sal,
toxunsun əllərimə
yuxudan duranacan..
saçlarının ucları
qollarıma batanda
yuxudan oyanacam.
ovucunun istisi
ürəyimə çatanda
yenidən yaranacam..
Tuesday, March 10, 2015
Yük daşıyan qoca
yuxu ortasında,
gecə sonunda,
hər şey yerli-yerində,
hər şey öz qaydasında..
yenə də əllərimdə
qan izləri görünür
hər gecə olduğutək..
şübhələr düşündürür:
yuxudu, yoxsa gerçək?
kürəyinə yük alıb
dağları aşan qoca
bəlkə mənim atamdır..
gör bir necə qocalıb!
ardınca qaça-qaça
ətəyindən yapışıb
yalvarıram getməsin..
mənim üzümə baxıb
"qorxma, getmirəm" desin..
yox, elə yuxudu bu,
və yuxu da qalacaq..
atam ki hara getsə
məni də aparacaq..
bu yer haradır belə?
kəndimizi xatırladır yolları..
yol içində yaz selindən xatirə
dərin-dərin arxları..
necə tanış gəlir palçıqlı küçə..
necə tanış gəlir bu çəpər, Allah!
yaddaşımda bu kəndə dair qalan
bütün anlar bu küçəylə iç-içə..
bir uşaq görürəm,
qanayıb dizi
bir moruq koluna tərəf qaçanda..
hər yuxudan gözlərimi açanda
əllərimdə bu görünən qan izi
bəlkə elə moruqlardı dərdiyim?
tikanları iynə kimi batdıqca əllərimə
qırxca günün içində itirdiyim
nənəm, babam qayıdır xatirimə..
bəsdi daha,
qaçmalıyam bu yorucu gecədən,
bir qocanın arxasınca gəldiyim
keçmişimi xatırladan
üzü yoxuş küçədən..
qaçmalıyam,
amma bilmirəm necə..
gözləyirəm o atama bənzəyən,
qoca adam bu yoldan bir də keçə..
və birdən bir "oyan" səsi duyuram,
yuxudan qaytarır məni həyata,
"görürsən ki, yatıram,
məni niyə oyadırsan, ay ata?"
gecə sonunda,
hər şey yerli-yerində,
hər şey öz qaydasında..
yenə də əllərimdə
qan izləri görünür
hər gecə olduğutək..
şübhələr düşündürür:
yuxudu, yoxsa gerçək?
kürəyinə yük alıb
dağları aşan qoca
bəlkə mənim atamdır..
gör bir necə qocalıb!
ardınca qaça-qaça
ətəyindən yapışıb
yalvarıram getməsin..
mənim üzümə baxıb
"qorxma, getmirəm" desin..
yox, elə yuxudu bu,
və yuxu da qalacaq..
atam ki hara getsə
məni də aparacaq..
bu yer haradır belə?
kəndimizi xatırladır yolları..
yol içində yaz selindən xatirə
dərin-dərin arxları..
necə tanış gəlir palçıqlı küçə..
necə tanış gəlir bu çəpər, Allah!
yaddaşımda bu kəndə dair qalan
bütün anlar bu küçəylə iç-içə..
bir uşaq görürəm,
qanayıb dizi
bir moruq koluna tərəf qaçanda..
hər yuxudan gözlərimi açanda
əllərimdə bu görünən qan izi
bəlkə elə moruqlardı dərdiyim?
tikanları iynə kimi batdıqca əllərimə
qırxca günün içində itirdiyim
nənəm, babam qayıdır xatirimə..
bəsdi daha,
qaçmalıyam bu yorucu gecədən,
bir qocanın arxasınca gəldiyim
keçmişimi xatırladan
üzü yoxuş küçədən..
qaçmalıyam,
amma bilmirəm necə..
gözləyirəm o atama bənzəyən,
qoca adam bu yoldan bir də keçə..
və birdən bir "oyan" səsi duyuram,
yuxudan qaytarır məni həyata,
"görürsən ki, yatıram,
məni niyə oyadırsan, ay ata?"
Bakı, 10 Mart 2015
Saturday, February 21, 2015
Səhərin müjdəsi
yenə susqun gecədir,
yenə kölgəm sürünür,
gecənin zülməti altda..
elə bil kimsə gəlir,
gecədən xeyli uzaqda
gül üzlü bir qız görünür..
saçları azca dalğalı,
kirpikləri düzüm-düzüm,
yaylığı gül naxışlı,
çantası yaşıl..
nə üçün qamaşır gözüm?
yoxsa ki gözləridir
parıldayır işıl-işıl?
parıldasın, işıldasın,
yoldaşı olsun qəmərin,
sonrası olsun ayazın,
qoymasın gecənin vədəsi dolsun
və gəlsin səhərin
müjdəsi olsun..
yenə kölgəm sürünür,
gecənin zülməti altda..
elə bil kimsə gəlir,
gecədən xeyli uzaqda
gül üzlü bir qız görünür..
saçları azca dalğalı,
kirpikləri düzüm-düzüm,
yaylığı gül naxışlı,
çantası yaşıl..
nə üçün qamaşır gözüm?
yoxsa ki gözləridir
parıldayır işıl-işıl?
parıldasın, işıldasın,
yoldaşı olsun qəmərin,
sonrası olsun ayazın,
qoymasın gecənin vədəsi dolsun
və gəlsin səhərin
müjdəsi olsun..
Thursday, February 12, 2015
Olunmaz
Şeirlə
şair olunmaz,
Gözlə
aşiq,
Susmaqla
sadiq,
Söz
tutmaqla dost olunmaz..
Qaçmaqla
azad olunmaz,
Bir
gül ilə ilk bahar,
Daş
üstə daş qoysan hasar,
Məsafəylə
yad olunmaz..
Gülüşlə
xoşbəxt olunmaz,
Göz
yaşıyla ağlamaq,
Qışqırmaqla
sərt olunmaz,
Bir
qığılcımla çaxmaq,
Bir
səhvlə axmaq olunmaz..
Bir
nəfəslik canla qorxmaz,
Qorxmaqla
qorxaq olunmaz,
Ləkə
varsa bəmbəyaz,
Yoxsa
qara olunmaz..
Thursday, January 15, 2015
...
gözlərin gülməsə çöhrəm nə üçün gülsün axı?
əllərin tutmasa əllər,
qoxun olmazsa ətirlər nəyə lazım?
saçların nə edər ovucumdan yad darağı?
xəyal et,
təbiət rəngli, çiçəklərlə bəzənmiş geyimin əynində,
ürəyindən nə keçir bilməm də,
başın çiynimdə..
elə qalsın..
üzün asma,
gözünün dərdini leysanlar aparsın..
əllərin tutmasa əllər,
qoxun olmazsa ətirlər nəyə lazım?
saçların nə edər ovucumdan yad darağı?
xəyal et,
təbiət rəngli, çiçəklərlə bəzənmiş geyimin əynində,
ürəyindən nə keçir bilməm də,
başın çiynimdə..
elə qalsın..
üzün asma,
gözünün dərdini leysanlar aparsın..
Thursday, December 25, 2014
...
baharsan, bölmüsən qış yuxusunu,
sən gəldin, küləklər səsini kəsdi..
çoxdan unutmuşam gül qoxusunu,
sənin saçlarının qoxusu bəsdi..
gözlərim səninlə güləcək mənim,
bircə an olmasan darıxacağam..
gülü olacaqsan sən ürəyimin,
başına güllərdən tac taxacağam..
birgə keçəcəyik sənlə nələri,
gözlərin hər səhər mənə dəyəcək..
saçına yağsa da qar dənələri
əllərin əlimdə üşüməyəcək..
sən gəldin, küləklər səsini kəsdi..
çoxdan unutmuşam gül qoxusunu,
sənin saçlarının qoxusu bəsdi..
gözlərim səninlə güləcək mənim,
bircə an olmasan darıxacağam..
gülü olacaqsan sən ürəyimin,
başına güllərdən tac taxacağam..
birgə keçəcəyik sənlə nələri,
gözlərin hər səhər mənə dəyəcək..
saçına yağsa da qar dənələri
əllərin əlimdə üşüməyəcək..
Sunday, November 30, 2014
Payız
bina girişlərində,
metro çıxışlarında,
sahibsiz küçələrin
bütün qarışlarında
qoxunu axtarıram..
sənin baxışlarınla
gecəni etmişəm ram,
üzümü gizləyirəm..
unutmuşam soyuğu,
payız yağışlarında
yolunu gözləyirəm..
gözlədiyim ən çoxu
bir buludlu gün olar,
bir də sənin əllərin..
əllərin ən gözəli,
ən pisi fəsillərin..
bilirsən mi qəlbimi
əzib neçə il payız?
indi məni güldürən,
səni mənə gətirən
ən gözəl fəsil - payız..
payız bitir,
az qalıb,
qalacağam payızsız..
bircə sən yanımdasan,
qollarıma sarılıb,
gözlərimi sevən qız..
metro çıxışlarında,
sahibsiz küçələrin
bütün qarışlarında
qoxunu axtarıram..
sənin baxışlarınla
gecəni etmişəm ram,
üzümü gizləyirəm..
unutmuşam soyuğu,
payız yağışlarında
yolunu gözləyirəm..
gözlədiyim ən çoxu
bir buludlu gün olar,
bir də sənin əllərin..
əllərin ən gözəli,
ən pisi fəsillərin..
bilirsən mi qəlbimi
əzib neçə il payız?
indi məni güldürən,
səni mənə gətirən
ən gözəl fəsil - payız..
payız bitir,
az qalıb,
qalacağam payızsız..
bircə sən yanımdasan,
qollarıma sarılıb,
gözlərimi sevən qız..
Sunday, November 9, 2014
Sən..
üstümə ulduz yağışı
yağır,
parçalayır göyü
gözlərin zərif baxışı.
baxmasa insan darıxır..
sonrası göy qurşağıdır
gözlərimdən axan yaşın..
ağlamayım?
bu ki sevinc göz yaşıdır..
əllərinlə gözlərimi
axı necə bağlamayım?
məni əllərin yaşadır..
bütün qorxular boşadır,
bitməyəcək,
getməyəcək qəlbdən həvəs,
həvəs deyil sevgidi bu,
birdi ürək,
birdi nəfəs..
sevgi ki hər şeydən ulu,
sevgi ki hər şeydən əzəl..
sən ki mənim
gözlərimin parıltısı,
sən ki bahardan da gözəl..
sən ki mələk, dəniz qızı,
sən günəşin tilsimisən,
saçların düşür dənizə,
tez özün də gəlməlisən..
yağır,
parçalayır göyü
gözlərin zərif baxışı.
baxmasa insan darıxır..
sonrası göy qurşağıdır
gözlərimdən axan yaşın..
ağlamayım?
bu ki sevinc göz yaşıdır..
əllərinlə gözlərimi
axı necə bağlamayım?
məni əllərin yaşadır..
bütün qorxular boşadır,
bitməyəcək,
getməyəcək qəlbdən həvəs,
həvəs deyil sevgidi bu,
birdi ürək,
birdi nəfəs..
sevgi ki hər şeydən ulu,
sevgi ki hər şeydən əzəl..
sən ki mənim
gözlərimin parıltısı,
sən ki bahardan da gözəl..
sən ki mələk, dəniz qızı,
sən günəşin tilsimisən,
saçların düşür dənizə,
tez özün də gəlməlisən..
Sunday, November 2, 2014
getməsin..
üzündə ulduz gülüşü,
əlləri pambıq..
bahar öldürdü qışı,
öldü qaranlıq
və kədər getdi səmadan,
yenə biz bizə qaldıq..
kim gedir, nə gedir,
getsin, nə edim?
qəlbimin yox yarası..
sevinən bir mən idim
hər gedən sonrası..
bir o qalsın,
getməsin,
Allah qorusun,
neylərəm qar yağsa yaza?
mənim olsun
saçları rüzgardan uzun,
həsrəti gündən də qısa..
əlləri pambıq..
bahar öldürdü qışı,
öldü qaranlıq
və kədər getdi səmadan,
yenə biz bizə qaldıq..
kim gedir, nə gedir,
getsin, nə edim?
qəlbimin yox yarası..
sevinən bir mən idim
hər gedən sonrası..
bir o qalsın,
getməsin,
Allah qorusun,
neylərəm qar yağsa yaza?
mənim olsun
saçları rüzgardan uzun,
həsrəti gündən də qısa..
Monday, October 27, 2014
yaz olmadan..
danış görək,
var mı mənə ürəyində zərrəcə yer?
əlini ver,
buludlara tərəf gedək
dodağında gülümsəmə azalmadan..
qar altından baş qaldıran gözəl çiçək,
gəl ikimiz bir soyuqda üşüyək
qış qutarıb yaz olmadan..
var mı mənə ürəyində zərrəcə yer?
əlini ver,
buludlara tərəf gedək
dodağında gülümsəmə azalmadan..
qar altından baş qaldıran gözəl çiçək,
gəl ikimiz bir soyuqda üşüyək
qış qutarıb yaz olmadan..
Thursday, October 16, 2014
Sən də getmə..
sən də getmə,
başqaları gedirlər..
sonra qalır musiqilər xatirə,
bir də ki aşiq olduğum ətirlər..
sən də getmə,
ay baharın gül ləçəyi..
getmə, qoyma məni qaranlıqda
getmə, getmə bir günlük də,
bir anlıq da..
gedənlərin bəlli deyil dönəcəyi..
sən də getmə,
saçlarının özləminə dayanmaram,
dayanmaz ki yazıq ürək..
bilsəm əgər baxmayacam gözlərinə
oyanmaram,
qoy kor olum,
bir kor olaq görmürüksə,
görürüksə birgə görək..
sən də getmə,
gedirsənsə birgə gedək..
başqaları gedirlər..
sonra qalır musiqilər xatirə,
bir də ki aşiq olduğum ətirlər..
sən də getmə,
ay baharın gül ləçəyi..
getmə, qoyma məni qaranlıqda
getmə, getmə bir günlük də,
bir anlıq da..
gedənlərin bəlli deyil dönəcəyi..
sən də getmə,
saçlarının özləminə dayanmaram,
dayanmaz ki yazıq ürək..
bilsəm əgər baxmayacam gözlərinə
oyanmaram,
qoy kor olum,
bir kor olaq görmürüksə,
görürüksə birgə görək..
sən də getmə,
gedirsənsə birgə gedək..
Thursday, September 25, 2014
Sahibsiz məktublar
Sahibsiz məktublar..
1-ci məktub
getmək mi istəyirsən?
get, amma unutma, yaxşı mı? yanımdan getməyin yox,
qəlbindən atmağın ağır gələr, qaldıra bilmərəm bu yükü..
insan illərcə üst-üstə yığılmış xatirələrini
unutmaz ki.. unutmaz da, elə mi? de ki, düz deyirsən, de ki unutmaram..
niyə belə oldu, can parçası, niyə? hardasan, göz
nurum, neylərsən mənsiz? özünə yaxşı baxırsan mı, bahar çiçəyim?
hərdən yaxşı oldu deyirəm, canın cəhənnəmə
deyirəm.. hərdən keşkə heç tanımasaydım deyirəm.. amma tanımasaydım o yağışlı
gündəki təlaşı yaşamazdım ki. o metro stansiyasındakı ilk gülümsəməni ya
da..
sözlərim incitməsin səni, can ağrısından nə
dediyini bilməyən çarəsizəm mən.. çarəsizəm, qırılmış, əzilmiş.. ən əsası
yorğun..
sən mənə çox fikir də vermə, can parçası, yuxusuz
gözlərinə heyfin gəlsin.. kirpiklərinin qovuşduğu an qarşında məni görməyin
diləyiylə, hələlik..
2-ci məktub
bizi ən çox sevdiklərimiz incidir. elə biz də ən
çox sevdiklərimizi incidirik. mən də səni incidirdim elə mi? bütün sevinclərini
ürəyində qoyurdum, necə də insafsızam..
amma sevən sevdiyindən inciyər mi ki? sevən qəlb
kin götürər mi ki? demək asandı, bilməzmiyəm sevdiyindən küsməyin acısını..
bu səhər yuxudan oyananda ilk sən ağlıma gəldin,
eynən əvvəllər olduğu kimi. gecə gördüyüm yuxunun təsirindən idi, yoxsa çox da
xatırlayan biri deyiləm ki mən, bilirsən. tez unuduram, tez silirəm..
səni silə bilməmişdim amma. qəlbimə basdırmışdım,
bir zaman sonra dərinlərdə bir yerdə varlığını duymuşdum da sevinim yoxsa
kədərlənim bilməmişdim..
mən peşman deyiləm, ürək param, qəlbimin səninçün
atdığı günləri, ayları, illəri xoş xatirələr kimi saxlayıram.. sən də elə et,
yaxşı mı? adımı eşidəndə üzün gülməsə də, qəbinə nifrət yox, gözünün önünə xoş
anlar gəlsin, can parçası..
3-cü məktub
insan öyrəşir.. hər acıya, hər yoxluğa, hər boşluğa. amma mən öyrəşmişəm desəm yalan olar bəlkə. mən ki əvvəldən hazır idim, mən ki ilk gündən bilirdim sonumuzun belə olacağını..
bilirsən, can parçası, sevgi elə də vacib deyilmiş. insan sevdiyi üçün birlikdə olarmış bəlkə amma yalnızlığında sevginin yox verdiyi dəyərin peşmanlığını yaşarmış, elə deyirlər..
sevməmişəm desəm bir yalan, sevmişəm desəm bir.. necə olar da bir qəlb bunca eşqi bunca sevgini bunca qadını daşımağı bacara bilib? adın qədər dərd düşəydi qəlbimə, qadın, sevgin qədər dən düşəydi saçlarıma da sevməz olaydım səni..
niyə insan sevdiyinin onunçün darıxmasına sevinir axı? onun ki canı yanır darıxmaqdan, hər kəs tək özünü mü düşünər? can parçası, mənsiz darıxırsan mı heç? sən darıxma ki mənsiz.. darıxma yaxşı mı? darıx, amma az darıx, incitmə özünü..
4-cü məktub
bu hala necə gəldim bilmirəm. günahı səndə mi görüm? neyləyim can parçası? sən gəldin o getdi, sən getdin bir başqası sən oldu, başqası getdi özgəsi gəldi, hər kəs gəldi də bir sən gəlmədin..
gələnlər sən olmadı, amma hər gedən səni xatırlatdı. onunçün ağlaya bilmədim gedənlərin arxasından, sən gedəndə ağlamışdım axı, gedənlər sən olmadı axı..
göndərdiyim salam çatdı mı sənə? sevgimi qoymuşdum içinə, məndən sənə son bir xatirə olsun istədim. çox bir şey də deyildi ki.. bir ovuc sevgidən də xatirə mi olarmış?
hardasan gözəl gözlüm? sevgi dolu salamımı qəlbinin ən baş köşəsində saxlarmısan görəsən? gözlərin gülər mi ki adımı eşidəndə? gülsün yetər ki, bəhanəsi mən olmasam da olar..
hər dəfəsində sevgim qədər kəlmələrim, sözlərim də tükənir.. biz də tükənirik, az-az, zərrə-zərrə..
3-cü məktub
insan öyrəşir.. hər acıya, hər yoxluğa, hər boşluğa. amma mən öyrəşmişəm desəm yalan olar bəlkə. mən ki əvvəldən hazır idim, mən ki ilk gündən bilirdim sonumuzun belə olacağını..
bilirsən, can parçası, sevgi elə də vacib deyilmiş. insan sevdiyi üçün birlikdə olarmış bəlkə amma yalnızlığında sevginin yox verdiyi dəyərin peşmanlığını yaşarmış, elə deyirlər..
sevməmişəm desəm bir yalan, sevmişəm desəm bir.. necə olar da bir qəlb bunca eşqi bunca sevgini bunca qadını daşımağı bacara bilib? adın qədər dərd düşəydi qəlbimə, qadın, sevgin qədər dən düşəydi saçlarıma da sevməz olaydım səni..
niyə insan sevdiyinin onunçün darıxmasına sevinir axı? onun ki canı yanır darıxmaqdan, hər kəs tək özünü mü düşünər? can parçası, mənsiz darıxırsan mı heç? sən darıxma ki mənsiz.. darıxma yaxşı mı? darıx, amma az darıx, incitmə özünü..
4-cü məktub
bu hala necə gəldim bilmirəm. günahı səndə mi görüm? neyləyim can parçası? sən gəldin o getdi, sən getdin bir başqası sən oldu, başqası getdi özgəsi gəldi, hər kəs gəldi də bir sən gəlmədin..
gələnlər sən olmadı, amma hər gedən səni xatırlatdı. onunçün ağlaya bilmədim gedənlərin arxasından, sən gedəndə ağlamışdım axı, gedənlər sən olmadı axı..
göndərdiyim salam çatdı mı sənə? sevgimi qoymuşdum içinə, məndən sənə son bir xatirə olsun istədim. çox bir şey də deyildi ki.. bir ovuc sevgidən də xatirə mi olarmış?
hardasan gözəl gözlüm? sevgi dolu salamımı qəlbinin ən baş köşəsində saxlarmısan görəsən? gözlərin gülər mi ki adımı eşidəndə? gülsün yetər ki, bəhanəsi mən olmasam da olar..
hər dəfəsində sevgim qədər kəlmələrim, sözlərim də tükənir.. biz də tükənirik, az-az, zərrə-zərrə..
Monday, September 22, 2014
mən səni qucaqlamaq istəyirəm..
mən səni qucaqlamaq istəyirəm,
başını çiynimdə hiss etmək,
gözlərinə baxıb
sevincimdən ağlamaq istəyirəm..
mən səni qucaqlamaq istəyirəm,
nəfəsinin səsini eşitmək,
saçlarının küləyində itmək,
bütün hər şeyi atıb
səninlə ulduzlara getmək istəyirəm..
mən səni qucaqlamaq istəyirəm,
qəlbinin istisində yuxulamaq,
əllərini əlimə alıb
qoxulamaq istəyirəm..
mən səni qucaqlamaq istəyirəm,
məsumluğun qarşısında əzilmək,
qəlbinin dərinində sezilmək,
bir eşq kəlməsi olub
dodaqlarından süzülmək istəyirəm..
başını çiynimdə hiss etmək,
gözlərinə baxıb
sevincimdən ağlamaq istəyirəm..
mən səni qucaqlamaq istəyirəm,
nəfəsinin səsini eşitmək,
saçlarının küləyində itmək,
bütün hər şeyi atıb
səninlə ulduzlara getmək istəyirəm..
mən səni qucaqlamaq istəyirəm,
qəlbinin istisində yuxulamaq,
əllərini əlimə alıb
qoxulamaq istəyirəm..
mən səni qucaqlamaq istəyirəm,
məsumluğun qarşısında əzilmək,
qəlbinin dərinində sezilmək,
bir eşq kəlməsi olub
dodaqlarından süzülmək istəyirəm..
Sunday, September 14, 2014
Kişi ağlamaz
Ağlamaq
kişi işi deyilsə
Darıxmaq
insan işi deyil,
Belə
də dərd olar?
Yanaqların
əsə-əsə
Saxlamalısan
göz yaşını..
Yazıq
yanaqlar..
Yazıqdı,
yazıqdı amma
Yanaqlar
mı insan mı?
İnsanlıq
yox kişilik dərdinə düşürlər,
İndi
bu insanlara gülsən mi?
Ağlasan
mı?
Kişi
ağlamazmış,
Qadın
gülməzmiş,
Qadının
yaşı
Kişinin
maaşı deyilməzmiş..
Utanc
pul və yaş imiş,
Bu
da dərddi, daşıya bilsən daşı..
Ürəyində
bu nə yasdı?
Ölənin var deyəsən,
Qayıt,
özünə qayıt!
Gözlərində
bu nə yaşdı?
Ağlama,
sən kişisən!
Göz
yaşını ürəyinə doğru axıt..
Xeyir gəlməz
Bu
gecənin yuxusundan xeyir gəlməz,
Keçmişimə
bənzəyir bu gecə,
Diqqətlə
bax..
Qaranlığın
altında gəz,
Buludların
üstündə,
Ya o
get dediyim cəhənnəmin dibində,
Ya
da məndən uzaq
Hansısa
bəxti üz çevirmişin qəlbində yaşa..
İstəyirsən dost olaq
Buludların
xətrinə, qaranlıq qorxusundan..
Bu
gecə də yatmayaq,
Xeyir
gəlməz bu gecənin yuxusundan..
Friday, September 12, 2014
Gecə..
Gecələr
düşündürür,
Gecələr
yorur məni..
Sevinc
olub güldürür,
Acı
olub,
Ən
zəif
Yerimdən
vurur məni..
Gecənin
rəngi solub,
Necə
çiçəklər solur
İlin
ən acı fəsli..
Hər
gecə eyni olur,
Amma
dərdləri fərqli..
Neyləmək
olar axı,
Qaçmaq
olmur gecədən..
İstəmirəm
dönüb geri baxmağı
Mənə
verirsə ağrı
Ürəyimdən
hər gedən..
Ağrılara
doymuşam,
Bir
daha qəm yemərəm..
Gecəylə
dost olmuşam,
"Gecə
pisdi" demərəm..
Sunday, September 7, 2014
Kabus
"Necə
gedir..
..həyat?"
Getmir
desəydim gərək..
Zaman
keçir,
Gecikirəm
həyata..
Yenə
də qalmışam tək,
O da
yoxdu, kabus olub
yuxulardan
qışqırıqla oyada..
Məsumluğa
inanmışdım
Bəlkə
də..
Hazırlaşıb dayanmışdım
Elə
bil ki, gəlməyini gözləyirdim
Heç özüm
də istəmədən..
Gəldi..
..sonra
getdi yenidən.
Yenidən
getməsi deyil,
Dönmüş
olması incidir insanı..
Qırılır
qəlb,
Quruyur
dil..
Əşi,
hamı gedir.. hamı..
Necə
darıxdığımı
Kaş
ki özü bilməsin..
İstəmirəm
qayıtsın,
Yuxuma
da gəlməsin..
..nə
olar,
Kimsə
məni bu kabusdan ayıltsın..
Subscribe to:
Posts (Atom)