həzin səsindən alsın
sətirlər nəfəsini..
ilk duyduğum o anda,
elə o anda qalsın,
dəyişməsin zaman da..
susma, sən sussan əgər
susacaq neçə arzu..
elə gözəldir səsin,
gecəni edər səhər,
suya çevirər buzu..
nəğmələr söylə mənə
nəğmə ol, duyum səni..
və dinləyə-dinləyə
nəğmələrdən çıxarıb
qəlbimə qoyum səni..
Saturday, March 29, 2014
Thursday, March 27, 2014
Gözəl qız
Gözəl qız, bilirəm elə də gözəl deyilsən, amma bağışlayasan gərək, ürəkdi də, sevdisə gözəl görür. Narahat olma, bilirəm, sən məni sevən deyilsən, mən daha yaxşılarına layiqəm, sən məni dost kimi çox istəyirsən, bir də axı biz ayrı dünyaların insanlarıyıq. Gözəl qız, inan, vecimə də deyil, sevmirsənsə cəhənnəmə sev, amma nə olar, olduğun kimi qal.
...
üzü mələk, şeytan baxışlı qadın,
baxışının həsrətində qoyma məni..
bu nə kindi? əzab verməyə doymadın,
anlamıram əzab vermək istəməni..
baxışının həsrətində qoyma məni..
bu nə kindi? əzab verməyə doymadın,
anlamıram əzab vermək istəməni..
Wednesday, March 26, 2014
gecikmisən..
mən nə eşqlər itirmişəm
xəbərim də olmayıb.
hansı yönə gedirmişəm
yollarında süründüyüm
illərimi yox sayıb..
yoxluğunda büründüyüm
sevgiləri tanırmısan?
yoxsa mən də sənin kimi
unutmadım sanırmısan?
gecikmisən..
sönmüş ümidlərin kimi..
gecikmisən..
gecikmisən mənim kimi..
xəbərim də olmayıb.
hansı yönə gedirmişəm
yollarında süründüyüm
illərimi yox sayıb..
yoxluğunda büründüyüm
sevgiləri tanırmısan?
yoxsa mən də sənin kimi
unutmadım sanırmısan?
gecikmisən..
sönmüş ümidlərin kimi..
gecikmisən..
gecikmisən mənim kimi..
Saturday, March 22, 2014
Gecə yuxusunu böldüyüm qız..
bir uçqunun kənarından keçirdik
mən və gecə yuxusunu böldüyüm qız..
yolumuz vardı bir illik..
dört ata qoşulmuş qara fayton
faytonçu özüm..
və daş çıqqıltıları..
bizə doğru gəldikcə son..
kiçilirdik..
kiçildikcə kiçilirdik..
əzildikcə əzilirdik qaranlığın altında..
yuxusuz idi gözlərimiz..
bu gecə ay yox idi ulduzların yanında..
ona görə qorxurduq gecədən..
bir də qurd səsləri səngimirdi..
deyəsən
şüuraltımızın bizə oynadığı bir oyun idi hamısı..
buralarda qurd olmazdı..
qorxumuza əngəl deyildi hər şeyin yuxu olması..
sevgimizə əngəl qalmazdı
bitməsəydi yuxu..
bu uçqunu keçmədən etiraf etməliydim..
sonrası daha da qaranlıq idi..
onun gözlərindən də, saçlarından da qaranlıq..
yuxu idi axı bu, illərimiz bir anlıq idi..
bir andaca keçdik nəhəng uçqunun kənarından
bircə anlıq uzaq düşdüm illərimi bölüşdüyüm yarımdan..
bir uçqunun kənarından keçdik
iki yalnız..
bir gecənin qaranlığında seçdik
bir birimizi
mən və gecə yuxusunu böldüyüm qız..
mən və gecə yuxusunu böldüyüm qız..
yolumuz vardı bir illik..
dört ata qoşulmuş qara fayton
faytonçu özüm..
və daş çıqqıltıları..
bizə doğru gəldikcə son..
kiçilirdik..
kiçildikcə kiçilirdik..
əzildikcə əzilirdik qaranlığın altında..
yuxusuz idi gözlərimiz..
bu gecə ay yox idi ulduzların yanında..
ona görə qorxurduq gecədən..
bir də qurd səsləri səngimirdi..
deyəsən
şüuraltımızın bizə oynadığı bir oyun idi hamısı..
buralarda qurd olmazdı..
qorxumuza əngəl deyildi hər şeyin yuxu olması..
sevgimizə əngəl qalmazdı
bitməsəydi yuxu..
bu uçqunu keçmədən etiraf etməliydim..
sonrası daha da qaranlıq idi..
onun gözlərindən də, saçlarından da qaranlıq..
yuxu idi axı bu, illərimiz bir anlıq idi..
bir andaca keçdik nəhəng uçqunun kənarından
bircə anlıq uzaq düşdüm illərimi bölüşdüyüm yarımdan..
bir uçqunun kənarından keçdik
iki yalnız..
bir gecənin qaranlığında seçdik
bir birimizi
mən və gecə yuxusunu böldüyüm qız..
Friday, March 14, 2014
....
saçlarında qaldı xəyalı ruhumun,
yaralı qəlbə ağır gəldi tellərin..
Allah, məsum baxışına bax bunun,
bağla üzünü, gözünü örtsün əllərin..
salma yadıma sevmədiyini bir daha,
ürək məni sevmədikcə məni unut..
nəysə, əsası indi gəlmisən yanıma,
əlin əlimdə tərlədikcə əlimi tut..
səndən eşq mi istədilər? dinmə, sus,
məndən özgə vermə qəlbi heç kimə..
ya sən də sev, sevim səni qorxusuz..
ya da kilidlə öz qəlbini qəlbimə..
dinlə indi, səsini duy ki pianonun,
şeirlərdə yazılmayanı anlayasan..
getmə, dayan, yalnız olmaq olar sonun,
mənimlə qal, istəmirəm tək qalasan..
yaralı qəlbə ağır gəldi tellərin..
Allah, məsum baxışına bax bunun,
bağla üzünü, gözünü örtsün əllərin..
salma yadıma sevmədiyini bir daha,
ürək məni sevmədikcə məni unut..
nəysə, əsası indi gəlmisən yanıma,
əlin əlimdə tərlədikcə əlimi tut..
səndən eşq mi istədilər? dinmə, sus,
məndən özgə vermə qəlbi heç kimə..
ya sən də sev, sevim səni qorxusuz..
ya da kilidlə öz qəlbini qəlbimə..
dinlə indi, səsini duy ki pianonun,
şeirlərdə yazılmayanı anlayasan..
getmə, dayan, yalnız olmaq olar sonun,
mənimlə qal, istəmirəm tək qalasan..
Yalan
düz danışmır şairlər,
inanma, qadın, mənə..
yalan bütün bu sözlər,
yalandı bu sətirlər..
düz danışmıram yenə..
üzümə baxma elə,
günah məndə deyildi..
yalançı olsam belə
inandın bilə-bilə
mənə gör neçə ildi..
yalandı sevgi filan,
bu nə həvəsdi səndə?
yalan!
başa düş, yalan!
can ağrısından özgə
heç nə olmur sevəndə..
elə sən də yalansan
yalanıq biz səninlə,
amma bir gün inansan,
sus,
qadın,
məni dinlə..
inanma, qadın, mənə..
yalan bütün bu sözlər,
yalandı bu sətirlər..
düz danışmıram yenə..
üzümə baxma elə,
günah məndə deyildi..
yalançı olsam belə
inandın bilə-bilə
mənə gör neçə ildi..
yalandı sevgi filan,
bu nə həvəsdi səndə?
yalan!
başa düş, yalan!
can ağrısından özgə
heç nə olmur sevəndə..
elə sən də yalansan
yalanıq biz səninlə,
amma bir gün inansan,
sus,
qadın,
məni dinlə..
Sunday, March 9, 2014
1. var.. 2. Qısqanıram
1.
parçalanmış fağır, üzgün gözlərimin
ağlamağı bilməməsi..
yoldan keçənlərin baxıb gülməsi var..
damarları üzə çıxmış quru dərimin,
saçlarının qoxusunu itirməmiş əllərimin
həsrəti var..
2.
öldürəsiyə sevirəm səni
günəşdən qısqanıram,
saçlarına məndən yaxındı,
zəhrimara qalsın!
küləkdən qısqanıram!
gözlərdən,
nəfəslərdən..
Allah bəlasını versin,
havadan qısqanıram!
başqası udmasın sən udduğun havanı,
nəfəssiz qalsınlar!
öldürəsiyə sevirəm,
öləsiyə qısqanıram.
özümdən də qısqanıram,
elə səndən də,
elə o dirsəkləndiyin masadan,
elə geyimlərindən də..
ağlamaq istəyirəm,
gizləyə bilmirəm səni,
görürlər!
kor olsunlar istəyirəm,
cansız bədənləri önümə sərilsin,
baxmasınlar,
görməsinlər!
tanımasınlar, qız, səni..
bu şeirdən də qısqanıram səni,
lənətə gəlsin,
şeir də deyil.
söz yığınıdı, söz..
sənə nifrətimdi..
qafiyəsiz,
mənasız,
eşq dolu..
nifrət dolu..
qısqanclıq dolu..
Friday, March 7, 2014
dost
dost..
bilirsən,
bəzi şeylər deyilmir..
onları hiss edirsən..
dost..
bilirsən,
gözəldi sənlə söhbət..
səsində doğmalıq var,
sözlərində həqiqət..
dost..
bilirsən,
ürəyim necə yanır
üzündə dərd görəndə?
sanki dünya dayanır
gözlərin gülməyəndə..
dost..
bilirsən,
dostlar da bir gün gedər..
düşünmə bir gün gedən
bəlkə də mən olacam.
bircə bunu bil yetər,
yanındayam sonacan..
dost..
bilirsən,
üzünü asmaq deyil,
gülmək yaraşır sənə..
bundan sonra elə gül,
gülüş dolsun qəlbinə..
dost..
bilirsən,
bilirəm ki, bilirsən..
bilirsən,
bəzi şeylər deyilmir..
onları hiss edirsən..
dost..
bilirsən,
gözəldi sənlə söhbət..
səsində doğmalıq var,
sözlərində həqiqət..
dost..
bilirsən,
ürəyim necə yanır
üzündə dərd görəndə?
sanki dünya dayanır
gözlərin gülməyəndə..
dost..
bilirsən,
dostlar da bir gün gedər..
düşünmə bir gün gedən
bəlkə də mən olacam.
bircə bunu bil yetər,
yanındayam sonacan..
dost..
bilirsən,
üzünü asmaq deyil,
gülmək yaraşır sənə..
bundan sonra elə gül,
gülüş dolsun qəlbinə..
dost..
bilirsən,
bilirəm ki, bilirsən..
Monday, March 3, 2014
Kəpənək dedi..
ölülərin canı yanmırmış,
elə dedi..
və insan inanmırmış
öləcəyinə,
öldüyü günəcən..
elə dedi kəpənək..
o idi aramızda
ölümə ən yaxın..
bilmirdim bu günədək
kəpənək dostuymuş insanın..
ölülərin dostu olmurmuş,
bunu da kəpənək dedi..
qorxmurmuş,
dostsuz qalmaqdan..
utandı..
başını yerə əyərək dedi..
ölülər sevməyi bacarmırmış,
ilk ürək gedirmiş
cansız bədəndən..
insan qocalmırmış
öldüyü gündən..
qocalsa qaçarmış
öz ölüsündən..
ölülər qaçırmış
keçmişlərindən..
sarı pas axırmış
ağ dişlərinən..
onunçün açmırmış
ağzını ölü..
kəpənək dedi ki,
ilin bu günü
kim xəbər gözlər ki
ölmüş birindən?
elə dedi..
və insan inanmırmış
öləcəyinə,
öldüyü günəcən..
elə dedi kəpənək..
o idi aramızda
ölümə ən yaxın..
bilmirdim bu günədək
kəpənək dostuymuş insanın..
ölülərin dostu olmurmuş,
bunu da kəpənək dedi..
qorxmurmuş,
dostsuz qalmaqdan..
utandı..
başını yerə əyərək dedi..
ölülər sevməyi bacarmırmış,
ilk ürək gedirmiş
cansız bədəndən..
insan qocalmırmış
öldüyü gündən..
qocalsa qaçarmış
öz ölüsündən..
ölülər qaçırmış
keçmişlərindən..
sarı pas axırmış
ağ dişlərinən..
onunçün açmırmış
ağzını ölü..
kəpənək dedi ki,
ilin bu günü
kim xəbər gözlər ki
ölmüş birindən?
Saturday, March 1, 2014
İki şair
iki şairin ürəyi
ağır gəlsə bir qələmə,
kirpiklərim qələm olar,
göz yaşlarım mürəkkəb,
dərd eləmə..
əllər elə səndən yazar,
yoxsa səbəb
saçlarında qaranlıq,
əllərində bulud axtararam..
səsin gəlsə bir anlıq,
səsində ümid axtararam..
iki şairin ürəyi
döyünə bilməsə birgə,
qəlbimi edərəm
qəlbinə kölgə..
Günəş batanacan sənlə gedərəm,
qaranlıq düşüncə
kölgənə dönərəm,
görə bilməz bizi kimsə.
ağır gəlsə bir qələmə,
kirpiklərim qələm olar,
göz yaşlarım mürəkkəb,
dərd eləmə..
əllər elə səndən yazar,
yoxsa səbəb
saçlarında qaranlıq,
əllərində bulud axtararam..
səsin gəlsə bir anlıq,
səsində ümid axtararam..
iki şairin ürəyi
döyünə bilməsə birgə,
qəlbimi edərəm
qəlbinə kölgə..
Günəş batanacan sənlə gedərəm,
qaranlıq düşüncə
kölgənə dönərəm,
görə bilməz bizi kimsə.
Ümid qırıntısı
Sanki qatar düz qarşımda
dayanacaqmış kimi..
Göz yumduğum
ümidlərim
oyanacaqmış kimi..
Çox mu səndən umduğum?
Bir ümid qırıntısı
xəyalını qurduğum..
dayanacaqmış kimi..
Göz yumduğum
ümidlərim
oyanacaqmış kimi..
Çox mu səndən umduğum?
Bir ümid qırıntısı
xəyalını qurduğum..
Vəsiyyət
Vəsiyyət.. Nədir ki bu sözün anlamı? bir ölünün sözləri.. həyatda olmayan birinin son sözləri.. həyatdaykən edə bilmədikləri.. başqalarının onun yerinə etməsini istədikləri.. və biz də düşünmədən əməl edirik bu vəsiyyətlərə.. sümükləri sızlamasın ölünün.. sanki diri ikən çox önəmsəyirdik onu.. sanki ölmədən öncə hər istəyini yerinə yetirirdik.. sanki ölən kimsənin üzünə qayıdan, dəfələrlə qəlbini qıran, nələrisə "edərəm" deyib etməyən biz deyildik.. eləysə bəs nədir bu "yaxşı insan" obrazı? bəlkə də düşünürük ki nə vaxtsa biz də ora gedəndə həmin insan bizə kəfil olar? olmaz.. gözləməsin heç kim bu fədakarlığı.. bəs olmazdı mı o insanları ölmədən öncə sevindirib özümüzə kəfil hazırlasaydıq? məqsəd nədirki? günahlarımızı örtmək, gizlətmək.. anlamsızdı.. ölənin məqsədi nədir bəs vəsiyyət etməkdə? sadəcə kimlərçünsə problem yaratmaq.. diri olanda məni incitdilər, qoy mən də indi onları incidim düşüncəsi.. eləysə mən də incidim bəlkə insanları? bir ip, bir kağız parçası, bir qələm... yaz ürəyindən nə keçirsə, söy səni incidənləri, səni incitdiklərinin on misli yük qoy boyunlarına.. yaz.. əməl etmək onlara qalıb.. incikliklərinin əvəzini çıx insanlardan.. axmaqlara ağıllı olmağı, ağıllılara axmaq olmağı vəsiyyət et.. ikisi də acı çəksin.. elə yaz ki qoy bacarmasınlar dediklərini etməyi.. elə yaz ki qoy ömürlərinin sonunacan çəksinlər vəsiyyəti yerinə yetirməməyin vicdan acısını.. çəksinlər.. az mı acı veriblər sənə? yazığın gəlməsin.. yuxusuz gecələrini xatırla, saxlama əlini.. bir dəfə də sən yarala birinin qəlbini.. sevdiyin qıza sevməməyi vəsiyyət elə, ən yaxın dostuna heç kimlə dərd bölüşməməyi.. əzab ver! yandır ürəklərini.. sonra at qələmi bir kənara.. kağızı cibinə qoy və götür ipi əlinə.. bağla bir yerdən, keçir boynuna.. itələ ayağının altında olan stulu, necə ki bir vaxtlar səni itələyirdilər həyat meydanından.. elə sərt itələ ki soyusun qisas hissin.. və yaşa son nəfəslərini.. ip boynunu incitdikcə, nəfəsin darlaşdıqca xatırla yaşadıqlarını.. yaşadıqların daha acılı deyilmiydi? niyə rəngin dəyişdi? niyə nəfəs almırsan? axı bundan böyük ağrıların qarşısında dik durmuşdun.. və bir nəfəs daha.. əlin iplə boğazının arasında.. çabala qurtulmağa.. yaşa şeytana uymağın peşmançılığını.. və yaşa azadlığa qovuşmanın sevincini.. səndən qalan vəsiyyətin olsun.. və başla özünə cəhənnəmdə sərin bir yer axtarmağa..
Monday, February 24, 2014
Dəniz..
gecə bir qayığa oturub ikimiz
üsyan edirik gecənin qaranlığına
dənizi də sevirik bir az..
burda su da təmiz, yosunlar təmiz..
bəzən dərin olur və bəzən dayaz..
dayazdı, dərindi, təmizdi dəniz..
kiçik qəlblərimiz əllərimizdə
əl-ələ tutmuşuq gizlicə biz də..
qəlbimiz döyünür və coşur dəniz..
sudakı kölgəmiz suya iz salır,
gecə sona çatır, ayrılırıq biz,
bizə bu gecədən bir dəniz qalır..
üsyan edirik gecənin qaranlığına
dənizi də sevirik bir az..
burda su da təmiz, yosunlar təmiz..
bəzən dərin olur və bəzən dayaz..
dayazdı, dərindi, təmizdi dəniz..
kiçik qəlblərimiz əllərimizdə
əl-ələ tutmuşuq gizlicə biz də..
qəlbimiz döyünür və coşur dəniz..
sudakı kölgəmiz suya iz salır,
gecə sona çatır, ayrılırıq biz,
bizə bu gecədən bir dəniz qalır..
Sunday, February 23, 2014
deməmişdin..
şəkillərlə danışanda
cavab vermirmiş adama..
deməmişdin..
ayaqlarım yollarına qarışanda
bu yol çatmırmış yanına..
deməmişdin..
ürək yanıb alışanda
yanmırsanmış oduna..
deməmişdin..
yoxluğunla barışanda
düşmürsənmiş yadıma..
deməmişdin..
cavab vermirmiş adama..
deməmişdin..
ayaqlarım yollarına qarışanda
bu yol çatmırmış yanına..
deməmişdin..
ürək yanıb alışanda
yanmırsanmış oduna..
deməmişdin..
yoxluğunla barışanda
düşmürsənmiş yadıma..
deməmişdin..
Friday, February 21, 2014
Susma..
bilirsən, soyuqdu qış,
gəlmisən çox zamansız..
susma, danış,
səsinə heyran olduğum qız..
de, səninlə biz nəyik?
susma, külək kimi əs..
ağrılar fəslindəyik,
düşünmürsən bunu bəs?
bu fəsil gəlib gedər,
"ağrılıdı" desəm də..
təki susma, bəs edər,
danış dinləməsəm də..
balaca uşaq kimi
qoyma sözünü kəsim..
susma, titrət qəlbimi,
necə titrəyir səsim..
gəlmisən çox zamansız..
susma, danış,
səsinə heyran olduğum qız..
de, səninlə biz nəyik?
susma, külək kimi əs..
ağrılar fəslindəyik,
düşünmürsən bunu bəs?
bu fəsil gəlib gedər,
"ağrılıdı" desəm də..
təki susma, bəs edər,
danış dinləməsəm də..
balaca uşaq kimi
qoyma sözünü kəsim..
susma, titrət qəlbimi,
necə titrəyir səsim..
Thursday, February 20, 2014
-_-
tək sevməklə olmur bu iş
gülümsəyə bilməlisən..
dodaqlarla bitmir gülüş,
ürəyinlə gülməlisən..
həyəcandan tərləməli
zərif, pambıq ovucların.
uçub getmək istəməli
hər küləkdə saç ucların..
müəlliməm olmalısan,
öyrət gülsün üzüm necə..
yuxusuz da qalmalısan
düşünməkdən bütün gecə..
gərək buna çatsın gücün,
saxlamalı qəlbin məni..
sən bunları yaxşı düşün
bəlkə sonra sevdin məni..
gülümsəyə bilməlisən..
dodaqlarla bitmir gülüş,
ürəyinlə gülməlisən..
həyəcandan tərləməli
zərif, pambıq ovucların.
uçub getmək istəməli
hər küləkdə saç ucların..
müəlliməm olmalısan,
öyrət gülsün üzüm necə..
yuxusuz da qalmalısan
düşünməkdən bütün gecə..
gərək buna çatsın gücün,
saxlamalı qəlbin məni..
sən bunları yaxşı düşün
bəlkə sonra sevdin məni..
Tuesday, February 18, 2014
İt.
Bütün varını bir itə vəsiyət et və öl.
İnan, onu adam sayacaqlar.
Bəlkə adamdan da artıq.
Masa arxasında oturdub
Stulunu yuxarı başa qoyacaqlar..
Sənin üçün "yaxşı ki öldü" deyəcəklər,
Çünki varisin sənin qədər deyinmir.
Onlarçün itin səndən bir fərqi var,
İt kostyum geyinmir..
İnan, onu adam sayacaqlar.
Bəlkə adamdan da artıq.
Masa arxasında oturdub
Stulunu yuxarı başa qoyacaqlar..
Sənin üçün "yaxşı ki öldü" deyəcəklər,
Çünki varisin sənin qədər deyinmir.
Onlarçün itin səndən bir fərqi var,
İt kostyum geyinmir..
Friday, February 14, 2014
KİMSƏN SƏN?
gəlmisən xəbərim olmadan mənim,
xəfifcə qəlbimə kilidlənmisən..
adına şeirlər yazmadan əlim,
söylə, kimliyini bilərsən mi sən?
uçmaq arzulayan kəpənək kimi
ovcumun içində saxladığımsan..
məndən istədiyin nədi?
sevgi mi?
sən ki yazmağa da qıymadığımsan..
səhərlər gəlirsən isti günəştək
qaranlıq olanda yoxa çıxırsan..
bu necə sevgidi?
bu necə istək?
niyə göy üzünü tək buraxırsan?
külək sındırmadan qanadlarını
səninlə bir yerdə uçaq sabaha..
unut mənsiz keçən saatlarını,
gəl ki, titrəməsin əllərim daha..
gətir əllərini əllərimə sər
gecə ortasında pozub yuxunu..
özünə gözümdə baxmasan əgər
bu şeir deyər mi kim olduğunu?
xəfifcə qəlbimə kilidlənmisən..
adına şeirlər yazmadan əlim,
söylə, kimliyini bilərsən mi sən?
uçmaq arzulayan kəpənək kimi
ovcumun içində saxladığımsan..
məndən istədiyin nədi?
sevgi mi?
sən ki yazmağa da qıymadığımsan..
səhərlər gəlirsən isti günəştək
qaranlıq olanda yoxa çıxırsan..
bu necə sevgidi?
bu necə istək?
niyə göy üzünü tək buraxırsan?
külək sındırmadan qanadlarını
səninlə bir yerdə uçaq sabaha..
unut mənsiz keçən saatlarını,
gəl ki, titrəməsin əllərim daha..
gətir əllərini əllərimə sər
gecə ortasında pozub yuxunu..
özünə gözümdə baxmasan əgər
bu şeir deyər mi kim olduğunu?
Saturday, February 8, 2014
Subscribe to:
Posts (Atom)