Monday, October 28, 2013

Dədə Qorqud

Ay Dədə Qorqud, məncə sən qəbrindən çıx, az yat. Elə sən yatmısan deyə bu millət bu gündədi. Arada vaxt elə, bir Azərbaycana da gəl, Dərbənd səddi olsa heç, gör bir gömrükdən keçə bilsən sonrası rahatdı. Dədəm, çaşıb atla gələrsən, olmaz, sənin atlı igidlərin indi maşınla gəzirlər, atla gəzənə "çuşka" deyirlər. Gəl, burda sənə bir qocalar evi taparıq, bir də tanışlıqla pensiya düzəltdirərik. Düzdü, bir zibilə dəyən pensiya deyil, amma neyləyəsən, verdikləri odu. Qopuzunu da atarsan bir kənara. Sənə qəşəng bir dənə gitara alarıq, qopuzla qız tuta bilməzsən. Dədəm, bu millət yaman korlanıb, utanmırlar, Allahı danırlar, özlərini kafirlərə oxşadırlar, anaya söyürlər, az qala çılpaq gəzirlər, çoxunda qeyrət qalmayıb, qalana da lağ edirlər. Nəysə, sən bunları boş ver. Gedərik çay içərik sənlə, çayxanada oturub özünü millət vəkili sayanların söhbətlərinə qulaq asarıq. Düzü çayxanalarda parlamentdən daha məntiqli söhbətlər gedir. Soruşarsan ki parlament nədi, sizin vaxtların ağsaqqallar yığıncağı kimidi, amma əvvəkindən fərqli olaraq indi o şuranın üzvlərinin millət, vətən veclərinə deyil. Nəsə, ay Dədə, yormayım səni, onsuz da sümüklərin sızıldayır. Bir tərəfdən də mən dərdinə dərd qatmayım..

No comments:

Post a Comment