Tuesday, September 17, 2013

Küçə sevgililəri

Tərk edilmiş küçədə qalmışam tək başına,
Əlbəttə, uydurma sevgililəri saymasaq. 
Mən onları saymıram, onlar da məni saymır, 
Saysaydılar, utanardılar. 
Pişiklər qədər də olmadılar, 
Hansı ki, ayağımın səsindən gizlənirlər.
Hə, deyəsən biri bir az abırlıdı, 
"Ay qardaş, çıx get qoy işimizi görək"..

No comments:

Post a Comment